Zaqatalada karantin qaydalarının pozulduğu toy mərasimi dayandırılıb
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, Yolayrıc kəndində Məhərrəm Serova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində iştirak edən qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy sahibi M.Serov inzibati məsuliyyətə cəlb olunaraq 400 manat cərimələnib və məclis dayandırılıb.



