Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularında silsilə görüşlər keçirilib

Hacıqabul rayonunda narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində bir neçə orta məktəbdə “Narkomaniyaya yox deyək” və  “Erkən nikah və onun fəsadları” mövzularında silsilə görüşlər keçirilib.

Belə ki, Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə karantin tələbləri nəzərə alınmaqla şəhər ərazisində yerləşən dörd, Nəvahı, Meyniman və Qarasu kəndlərində üç təhsil müəssisəsində olmaqla, ümumilikdə isə yeddi məktəbdə narkomaniyanın fəsadlarından bəhs edən maarfiləndirmə tədbirləri keçirilib. Tədbirlərdə ictimaiyyət nümayəndələri, məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.

Görüşlərdə çıxış edən RPŞ-nin rəis müavini, polis mayoru Firuz Nuriyev və RPŞ-nin Şəxsi Heyətlə İş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Kənan Zeynalov şagirdlərə narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlərdən, cəmiyyətimiz üçün yaratdığı fəsadlardan danışıblar. Bundan əlavə, şöbə əməkdaşları erkən nikah mövzusunda da çıxışlar edərək, gənclərə dəyərli məsləhətlər veriblər, təhsillərində uğurlar arzulayıblar.

Görüşlərin sonunda məktəbliləri maraqlandıran suallar polis əməkdaşları tərəfindən cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button