“Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olmalıdır”

Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı keçirib. Azərbaycanın dövlət başçısı mətbuat qarşısında çıxış edib. Həmin çıxışlardan sitatlar təqdim edirik:  

– Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübut etdi;

– Azərbaycan NATO-ya üzv olan dörd ölkə üçün etibarlı təbii qaz təchizatçısıdır və onların sayı arta bilər;

– Paşinyan və Mişellə bugünkü görüş çox şeyə aydınlıq gətirəcək;

– Azərbaycan regionda sülhün bərqərar olmasına sadiqdir. Biz fəal dialoq qurmağa və yenidən qonşu olmağı öyrənməyə hazırıq. Ermənistan xoşməramlı olarsa, Azərbaycan sülh sazişi üzərində işə başlamağa hazırdır;

– Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olmalıdır. Çünki üçtərəfli bəyanatda çox aydın şəkildə Azərbaycanın təhlükəsizliyi və maneəsiz çıxışı təmin etməsi vurğulanır. Təbii ki, Ermənistan da eyni şəraiti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında təmin etməlidir. Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır.

Hamısını Göstər

Related Articles

Back to top button