Neftçala rayon sakinindən müvafiq sənədləri olmayan odlu silah aşkarlandı

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Sərdar Mirzəyevdən bir ədəd müvafiq sənədləri olmayan “TOZ-53” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button