Ağsu sakinlərindən 3 tüfəng götürülüb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə rayon sakinləri Novruz Novruzov və Qabil Bəşirovdan ümumilikdə 3 ədəd qanunsuz olaraq saxladıqları ov tüfəngləri  götürülüb.

Onların barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Hamısını Göstər

Related Articles

Back to top button