Xaçmazda karantin qaydalarını pozan çay evi aşkarlandı: 6 nəfər saxlanıldı

Xaçmazda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində, çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.

Ümumilikdə 6 nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button