“Ümid edirik ki, Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək…”

Ötən gün axşam saatlarında Türkiyənin Qars vilayətində İğdır-Ankara reysi ilə hərəkət edən sərnişin avtobusu aşıb. Türkiyə KİV-lərinə istinadən xəbər verilir ki, Qars-Ərzurum yolunda baş vermiş qəzada azı 4 nəfər həlak olub, 25 nəfər yaralanıb. Ölənlərdən ikisi Azərbaycan vətəndaşıdır.

Qəzanın Qarsın Sarıqamış rayonunda, Mscitli kəndi yaxınlığında baş verdiyi bildirilir.  3 DMZ 566 nömrə nişanlı sərnişin avtobusu yolun buzlaması və duman nəticəsində yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtobusun sərnişinlərindən olan Azərbaycan vətəndaşları G.Niyazova (19 yaş) və Fazilə İsmayılova (60 yaş) həlak olublar. Həlak olanlardan digər ikisi Türkiyə vətəndaşıdır. 25 nəfər ağır yaralanıb, yaralılar yerli xəstəxanalara çatdırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button