Göyçay sakinindən qanunsuz saxladığı odlu silah götürülüb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Potu kənd sakini Rövşən Məmmədovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.
Onun barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.



