Libaridyan İrəvanda: Ankaranın şərtləri qəbul edilir?

Onun hakim fraksiya ilə görüşməsi Türkiyənin ilkin şərtlərinin Ermənistan üçün məqbul olduğuna dair mesajdır.

Bunu “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan hakim partiyanın deputatlarının Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın keçmiş baş müşaviri olan Jirayr Libaridyanla görüşü haqda məlumatları şərh edərkən deyib.

“Libaridyan açıq şəkildə bəyan edib ki, Türkiyənin bütün ilkin şərtləri – Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması, erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasının dövlət səviyyəsində rədd edilməsi, Zəngəzur dəhlizinin Azərbaycana verilməsi İrəvan tərəfindən təmin edilməlidir”, – Tevanyan vurğulayıb.

Qeyd edək ki, erməni mediasında 76 yaşlı siyasətçinin Mülki Müqavilə fraksiyası ilə görüşdə bu təklifləri irəli sürdüyü bildirilmişdi.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button