Şirvanda üç şadlıq sarayında karantin qaydalarını pozulduğu aşkarlanıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı şəhər ərazisində fəaliyyət göstərən 3 şadlıq sarayında karantin rejimi qaydaları və şərtlərinin pozulması hallarına rast gəlinib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən “Sərvət Palace”, “Tural” və “Leyla” şadlıq saraylarında keçirilən toy mərasimlərində qonaqların sayının icazə verilən normadan artıq olması müəyyən edilib.

Həmin obyektlərin inzibatçıları barədə qanunvericiliyə uyğun olaraq tədbirllər görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

Hamısını Göstər

Related Articles

Back to top button