Türkiyə Prezidenti: “İnflyasiya enəcək!”
Qətiyyəli şəkildə yolumuza davam edirik və millətimizi faizə əzdirməyəcəyik.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan afrikalı gənclərlə görüşündə deyib.
“Ən qısa zamanda inflyasiya enməyə başlayacaq. Çünki faiz səbəb, inflyasiya nəticədir. Bu da mənim tezisimdir”, – deyə dövlət başçısı bildirib.



