Şabranda narkotik vasitələrin təsiri altında olan sürücü və sərnişin saxlanıldı

Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a məlumat verilib. Belə ki, Xızı rayon sakini  Zamin Abdullayevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil Şabran rayonu  ərazisində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən  saxlanılıb.  Polis əməkdaşları tərəfindən sürücünün, eləcə də  avtomobildə olan sərnişinlər  Elxan Abbasov və  Ceyhun Məmmədovun narkotik vasitənin təsiri altında olmalarına dair əsaslı şübhələr yaranıb. Həmin şəxslər RPŞ-ə gətirilərək həkim müayinəsindən keçiriliblər. Sürücü və E.Abbasovun narkotik vasitələrin təsiri altında olmaları müəyyən edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button