Şabranda narkotikdən istifadə edən sürücülər saxlanılıblar

Şabran RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrdən istifadə edərək  avtomobil idarə edən şəxslər saxlanılıblar.

Bu barədə  Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a məlumat verilib.

Belə ki, rayon sakinləri Təbriz Cavadov və Fəqan Səfərəliyevin  idarə etdiyi avtomobillər rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitənin təsiri altında olmalarına əsaslı şübhələr yaranıb.  Həmin şəxslər RPŞ-ə gətirilərək həkim müayinəsindən keçiriliblər. Hər iki şəxsin  narkotik vasitələrin təsiri altında olmaları müəyyən edilib.

Faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button