KTMT və Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyasının tezliklə başlanmasını dəstəkləyib
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas İrəvanda keçirilən görüşdə Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası prosesinin tezliklə başlanmasının tərəfdarı olduğunu bildiriblər.
Bu barədə çərşənbə günü Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.
“Dekabrın 22-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan KTMT-nin baş katibi Stanislav Zas ilə görüşüb. Armen Qriqoryan KTMT-nin baş katibinə Azərbaycanla sərhəddəki vəziyyəti təqdim edib. Tərəflər razılaşıblar ki, Ermənistan-Azərbaycan sərhədində demarkasiya və delimitasiya üzrə işlərin tezliklə başlaması üçün şərait yaratmaq lazımdır”, – deyə məlumatda bildirilir.



