Saatlıda Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə C.Cabbarlı adına 3 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Fuad Məmmədov müasir dövrümüzün ciddi bəlasına çevrilən və “Ağ ölüm” adlandırılan narkomaniyanın fəsadları barədə geniş məlumat verib. O, bildirib ki, narkotik qəbul etmək təklifinə aldanan gənclər çox vaxt bu vasitələrin təhlükəliliyi haqqında informasiyaya malik olmurlar. Hamin maddələrdən istifadə etdikdə isə onlarda dəhşətli vasitəyə ömürlük asılılıq yaranır və aludəşisinə çevrilirlər. Ona görə də, yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasında əsas vəzifə valideynlərin, müəllimlərin və bütün ziyalıların üzərinə düşür.

Daha sonra çıxış edən digər iştirakçılar erkən nikah mövzusunda danışaraq, şagirdlərə dəyərli tövsiyələr veriblər.

Tədbirin sonunda hüquq-mühafizə orqanlarının əməkdaşları şagirdləri maraqlandıran sualları cavablandırıblar.

Hamısını Göstər

Related Articles

Back to top button