Pirotexniki və tezalışan maddələr satan Masallı sakini aşkarlanıb
Əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının qarşısının alınması istiqamətində qabaqlayıcı-profilaktik tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdiyi profilaktik tədbirlər zamanı rayon sakini İlqar Seyfullayevə məxsus Masallı şəhəri ərazisində yerləşən mağazada gizli şəkildə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satıldığı müəyyən edilib. Həmin mağazaya baxış keçirilən zaman pirotexniki vasitələr aşkarlanaraq götürülüb.
Faktla bağlı onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.



