Göyçayda karantin qaydalarını pozan toy sahibi cərimələnib

Göyçay  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı rayonun  Hacalıkənd kəndində Sahib Salmanova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar S.Salmanov inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.

Hamısını Göstər

Related Articles

Back to top button