Masallıda polis əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində igidlik və qəhrəmanlıq nümunəsi göstərərək şəhid olmuş hərbi qulluqçuların ailələrinə baş çəkiblər. Onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində gətirdikləri sovqatları təqdim ediblər. Görüşlər zamanı şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdikləri vurğulanıb, onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı bir daha qeyd olunub. 

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Hamısını Göstər

Related Articles

Back to top button