İrəvandan “qardaşı” İrana növbəti “sürpriz”
Prezident Armen Sərkisyan Arman Akopyanı Ermənistanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Axar.az xəbər verir ki, bu barədə Sərkisyanın ofisi məlumat yayıb.
Bundan öncəki səfir Armen Smbatyan 12 avqustda geri çağırılmışdı. Ona qarşı İstintaq Komitəsi tərəfindən ittiham irəli sürülmüşdü. O, əmlakın qanunsuz yolla ələ keçirilməsində və çirkli pulların yuyulmasında ittiham olunurdu.
Qeyd edək ki, İranın Azərbaycana və Ermənistana münasibəti hər kəsə bəllidir. Buna baxmayaraq, Azərbaycan hələ də İsraildə səfirlik açmayıb, İranın qardaşı Ermənistan isə artıq Təl-Əvivə ikinci səfirini göndərir.



