Azərbaycan Türkiyə ilə birgə təlimləri davam etdirəcək

“2022-ci ildə də Azərbaycan hərbçilərinin beynəlxalq ordu yarışlarında iştirakı nəzərdə tutulur”.

Bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov ilin yekunlarına dair keçirdiyi brifinqdə deyib.

O bildirib ki, gələn il Azərbaycan-Türkiyə birgə hərbi təlimləri davam etdiriləcək.

Anar Eyvazov onu da qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə bir sıra yeni hərbi obyektlərin inşası da həyata keçiriləcək.

Hamısını Göstər

Related Articles

Back to top button