Şabranda pirotexniki vasitələrin satışını təşkil edən şəxs saxlanılıb

Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə  Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a məlumat verilib.

Növbəti belə tədbir Şabran  Rayon Polis şöbəsinin  əməkdaşları tərəfindən keçirilib. Rayon  ərazisində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən Şabran rayon sakini Elmar Musayev  polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı  Şabran RPŞ-də araşdırma aparılır. 

Qeyd  ki, Daxili İşlər Orqanları tərəfindən bundan sonra da məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil edən şəxslər barəsində ciddi tədbirlər görüləcək.

Hamısını Göstər

Related Articles

Back to top button