Rəisidən Nikola dəstək: Zəngəzur dəhlizi məsələsi…

Ölkələrin ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi İranın prinsipial siyasətidir.

Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi bu gün Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığında deyib.

O, hazırda müzakirəsi gedən dəhlizlər məsələsinə də toxunub və bildirib ki, İran Ermənistanın öz ərazisi və yolları üzərində suverenliyini dəstəkləyir.

Rəisi Azərbaycan və Ermənistan arasında danışıqlarda inkişafı da alqışlayıb:

“Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında məsələlər beynəlxalq prinsiplər və hüquq çərçivəsində sülh yolu ilə həll olunacaq. Regionda sülhün, sabitlik və təhlükəsizliyin şahidi olmaq istəyirik”.

Qeyd edək ki, Azərbaycan Zəngəzurdan keçən yolun dəhliz olmasını, Ermənistan isə bu yola nəzarət etməyi istəyir. Bu halda isə Azərbaycan Laçın dəhlizinə nəzarəti bərpa edəcəyini bəyan edib.

Hamısını Göstər

Related Articles

Back to top button