İsrailin Ukraynada səfiri: “Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”
“Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”.
Bu barədə İsrailin Ukraynada səfiri Mixail Brodskiy Rusiyanın mətbuat agentliklərindən birinə müsahibəsində deyib.
“İsrailin mövqeyi çox şəffafdır. Bunu həm Kiyev, həm də Moskva bilir. Biz bu mövqeyi müdafiə edən qətnamələrə səs veririk. İsrail, Ukrayna və Rusiya arasında münasibətlərdə həssas məsələlər var. Hər iki ölkədə bunu yaxşı başa düşürlər və qəbul edir”, – deyə səfir bildirib.
Daha sonra səfir bir sıra məsələlər barədə fikir bildirib.
“Antisemitizm məsələlərində İsrailin mövqeyi həmişə çox aydın olub, harada baş verməsindən asılı olmayaraq.
Biz Ukrayna hakimiyyətinə və prezident Zelenskiyə antisemitizm haqqında qanunun qəbuluna görə minnətdarıq.
Yəhudiləri xilas edən ukraynalılar haqqında danışmaq daha xoşdur, onların sayı çox idi.
Yanvarın sonunda bir neçə həmin yaxşı insanın nəslini bir yerə toplamaq istəyirik ki, onlara əcdadlarının etdiklərinə görə təşəkkür edək.
Bundan əlavə, ukraynalıların əksəriyyəti İranla diplomatik münaqişədə İsraili dəstəkləyir, bunu bilmək xoş idi. Ümumiyyətlə, Ukrayna və İsrail həqiqətən də yaxın və çox dost ölkələrdir. Biz bunu belə saxlamaq üçün hər şeyi edəcəyik”, – deyə Brodskiy bildirib.