Qazaxıstan prezidenti: “Hakimiyyət süqut etməyəcək”

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədəki mövcud vəziyyətlə bağlı xalqa videomüraciət edib.

O, bəyanatında həmvətənlərini tədbirli olmağa və təxribatlara uymamağa çağırıb.

“Əziz həmvətənlər, bir daha sizə müraciət edirəm. Ehtiyatlı olun, daxildən və xaricdən gələn təxribatlara, mitinq eyforiyasına uymayın. Mülki və hərbi idarələrin ofislərinə basqın etmək çağırışları tamamilə qanunsuzdur. Bu cinayətdir və cəzalandırıla bilər. Hakimiyyət süqut etməyəcək” , – deyə Tokayev video müraciətində bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button