İranın Azərbaycandakı səfiri Qafanda konsulluq açılmasına münasibət bildirdi
İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Baku TV-nin qonağı olub.
O, “Üzbəüz” verilişində Azərbaycan-İran münasibətlərindən danışıb.
Səfir bildirib ki, ölkələr arasında gərginliyin aradan qaldırılmasında hər iki dövlət başçısının böyük rolu olub. Diplomat iki ölkə arasında ticarət mübadiləsi həcminin 1 milyard dollardan artıq olmasının planlaşdırıldığını bildirib:
“Həmçinin 8 illik müharibə dönəmində bizim minalardan təmizlik sahəsində çox böyük təcrübəmiz var. Biz Azərbaycan ərazisinin də minalardan təmizlənməsi prosesində əməkdaşlıqda maraqlıyıq. İki ölkə arasında gediş-gəlişin asanlaşdırılması da müzakirə olunub. İran Bakıya uçuşlar həyata keçirəcək”.
Səfir Zəngəzur dəhlizinin açılmasına münasibət bildirib:
“Biz regionda nəqliyyat marşrutları və kommunikasiya xətlərinin yenidən açılmasının tərəfdarıyıq. Azərbaycan ilk dəfə “3+3” formatı ilə çıxış etdi və İran da bu format dəstəkləyir”.
Həmçinin İranın Ermənistanın Qafan şəhərində konsulluq açmasının səbəbi izah edilməyə çalışılıb.