Almatıda hərbçilər meydanı tərk etdilər
Qazaxıstanda hərbçilər Almatıdakı Respublika meydanını tərk ediblər.
Qeyd edilir ki, bütün hərbçilər hadisə yerini tərk edib. Hərbçilər ərazidə özlərindən sonra heç nə (qalxan, dəbilqə və s.) saxlamayıblar.
Bildirilir ki, azı iki iğtişaşçı bayraqları dalğalandırmaq üçün barrikadalarda qalır.
09:00
Qazaxıstanın Almatı şəhərində meriya binasının qarşısındakı meydanda hərbçilərlə silahlı şəxslər arasında şiddətli atışma baş verib.
Bu barədə hadisə yerində olan xarici ölkənin jurnalistləri məlumat yayıb.
“Meydanı iğtişaşçılardan təmizləmək üçün əraziyə hərbçilər yeridilib. Tərəflər arasında şiddətli atışma gedir”, – deyə məlumatda qeyd olunur.
Baş verən hadisələr fonunda Almatı şəhərində hüquq-mühafizə orqanları talan və soyğunçuluqla məşğul olanlara qarşı əməliyyata başlayıb.
Əlavə olaraq qeyd olunur ki, etirazçılar inzibati binaları və avtomobilləri yandırıb, vitrinləri və bankomatları sındırıb, bir neçə ən böyük ticarət mərkəzini qarət ediblər.
Qeyd edək ki, iğtişaşlar nəticəsində şəhərə böyük ziyanın dəyib.