“Caliber”: Nursultan Nazarbayev və onun müstəqil Qazaxıstan qurmaq siyasəti
Nursultan Nazarbayev müstəqil Qazaxıstanı qurmağa başlayanda ölkədə rusların və qazaxların nisbəti təxminən yarıbayarı idi: 1989-cu il siyahıyaalınmasına əsasən 6,5 milyon qazax və 6,2 milyon rus.
Sovet dövründə hər zaman belə olmayıb – 1970-ci ildə respublikada 5,4 milyon rus və 4,1 milyon qazax yaşayırdı (həmin dövrdə əhalinin ümumi sayı daha az idi).
Bu barədə “Caliber” “Telegram” kanalı yazıb.
Paylaşımda qeyd olunub ki, 2021-ci ilin əvvəlinə olan qiymətləndirməyə görə, Qazaxıstanda 13 milyon qazax və 3,5 milyon rus yaşayır. Son 30 ildə ölkədə həqiqətən müstəqil Qazaxıstanın qurulması baxımından düşünülmüş, demoqrafik, mədəni və dil siyasəti həyata keçirilib. Son illər ölkədə türk özünüdərki fəal şəkildə oyanmağa, özünüidentifikasiya güclənməyə başlayıb. Bu keçmiş metropoliya ilə etibarlı münasibətləri qoruyub saxlamaqla, tam suverenliyə gedən mərhələli, ehtiyatlı çıxış yolunun memarı məhz Nursultan Nazarbayev idi.
Görünür, o, təcrübəli siyasətçi kimi ikili hakimiyyətin risklərini hesablamağa və nəzərə almağa çalışaraq güc blokunun idarəsini özündə saxlasa da, bu yolu özü tamamlaya bilməyib. Ancaq bu kömək etmədi. Vaxt, sağlamlıq, güc, sadiq insanlar çatışmadı. Ölkələrin sözün əsl mənasında “ya-ya da” prinsipi ilə seçim etmək məcburiyyətində qoyulduğu indiki geosiyasi vəziyyət də manevrlər üçün əlverişli olmadı. Ancaq son 30 ildə o, milli oyanış çarxını işə salmaq və Qazaxıstanın ərazi bütövlüyünü saxlamaqla öz tarixi missiyasını yerinə yetirdi.