Qazaxıstandakı KTMT kontingentinin sayı açıqlandı
KTMT-nin Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələrinin sayı təxminən 2,5 min nəfər olacaq.
Bunu təşkilatın baş katibi Stanislav Zas bildirib.
O qeyd edib ki, lazım gələrsə, hərbi kontingentin sayı artırıla bilər.
“Kollektiv sülhməramlı qüvvələrin ümumi sayı fərqli ola bilər. Hazırda qəbul edilmiş qərara əsasən, təxminən 2500 nəfərdir. Sülhməramlıların sayı mövcud vəziyyətdən asılı olacaq. Bizdə KTMT-nin sülhməramlı qüvvələrinə daxil olan bütün birləşmələrin siyahısı var – təxminən 3,6 min. Buna görə də, lazım gələrsə, Qazaxıstanda qruplaşmanı gücləndirəcəyik”, -deyə Zas bəyan edib.