NATO Ukraynaya görə Avropada müharibənin baş verməsini mümkün sayır
NATO Ukraynaya görə Avropada yeni hərbi münaqişənin baş verməsini mümkün hesab edir.
Bunu alyansın baş katibi Yens Stoltenberq bəyan edib.
O bildirib ki, məhz elə buna görə də Rusiya ilə dialoqun aparılmasını vacib sayır.
Stoltenberqin sözlərinə görə, NATO Ukrayna, Gürcüstan və Moldova ilə məsləhətləşərək Rusiya ilə danışıqlar aparacaq.