Xocalı qətliamında din xadimlərinin “xeyir-dua”sı: Kilsə və diaspor sülhə qarşı

Korrupsiya və cah-calallı həyat tərzi ilə xalqını boğaza yığan kilsə və diaspor öz ampluasındadır.

Ekspertlərin fikrincə, onsuz da səpələnmiş vəziyyətdə olan ermənilərin daha kiçik etnosiyasi strukturlara parçalanma ehtimalı var.

Bu barədə “Kaspi” qəzeti məqalə dərc edib.  

Erməni kilsəsinin xalqına güclü təsir etmə imkanlarına malik olduğu bəllidir. Tək bir faktı qeyd edək ki, erməni dövləti qurmaq ideyasını meydana gətirən də, məhz kilsə olub. Kilsə qarşısına qoyduğu hədəflərə çatmaq üçün ən çirkin vasitələrdən belə çəkinməyib – illər uzunu xalqının beynini millətçi, terrorizm ideyaları ilə doldurub. Qarabağdakı separatçı hərəkatda da yüzillik xətt özünü açıq və sərt formada göstərdi. Xocalı qətliamı da məhz erməni din xadimlərinin xeyir-duası ilə yaşanıb. Bəs erməni xalqını əlində silah başqasına mənsub torpaqlarda döyüşə səsləyən kilsə nəyə nail oldu? Sözsüz ki, 44 günlük müharibədə minlərlə erməni gəncinin məhv edilməsindən və əlil olmasından başqa heç nəyə. Baş verənlərdə əsas günahkar olan kilsə bundan nəticə çıxarıbmı? Təəssüf ki, yox. Xalqını illər boyu məhvə sürükləyən kilsə diasporla birləşib revanşist bəyanatlar verir, hakimiyyəti devirməyə yönəlik çağırışlar səsləndirir. Lakin ermənilər gec də olsa anlamağa başlayır ki, düşdükləri acınacaqlı durumun, problemlərin səbəbini məhz kilsə və ona dəstək verən diasporda axtarmaq gərəkdir.

Qarabağın işğalı kilsəyə milyonlarla gəlir gətirib

30 il ərzində işğal altında olan Azərbaycan torpaqlarını özləri üçün korrupsiya, varlanma mənbəyinə çevirən qüvvələr arasında kilsə də olub. Kilsə illər uzunu bu torpaqlarda vandalizm aktlarında aktiv iştirakı ilə yadda qaldı. Alban məbədlərini özününküləşdirdi. Məscidlərdən qarət etdiyi qiymətli əşyaları satmaqla milyonlar qazandı, hətta torpaqlarda narkotik becərilməsində də onun iştirakı barədə faktlar mövcuddur. Elə bu səbəbdəndir ki, kilsə 44 günlük Qarabağ müharibəsi başlayanda erməni xalqını bir nəfər kimi əldə silah döyüşməyə çağırdı. Nəticə də göz önündədir. Minlərlə erməni gənci başqasına məxsus torpaqda məhv edildi, erməni kilsəsi isə hələ də öz ampluasındadır.

Kilsə  və diaspor sülhə qarşı

Rusiya mediası yazır ki, Ermənistanda növbədənkənar parlament seçkilərində Paşinyanın partiyasının qələbəsi, eləcə də Qarabağla bağlı noyabr razılaşmasına əsaslanaraq sülhün qaçılmaz olduğunun etirafı ölkənin informasiya məkanına yeni nəfəs gətirmiş olub. Diaspor da kilsə kimi müharibədən sonrakı nizamlanma prosesindən geri çəkilib. Paşinyanın Zəngəzur dəhlizinin yaradılması zərurətini tanıması və ardınca 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyini tanıdığını, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı qətnamə qəbul etdiyini təsdiqləməsi, Ermənistanın dini rəhbərliyi tərəfindən operativ reaksiyaya səbəb olmalı idi. Lakin Paşinyanın açıqlamasını hamı, o cümlədən partiyadaxili məsələlərin həllinə diqqət yetirən millətçi müxalifətin fəal üzvləri qulaqardına vurdu. Müharibə başa çatıb, siyasi vəziyyət dəyişib, Moskva və Brüssel Ermənistanla Azərbaycan arasında sülhü və mehriban qonşuluq münasibətlərini təşviq edir, Bakı və İrəvanı qalan ziddiyyətlərin aradan qaldırılması üçün mexanizmlərin formalaşdırılması üçün səy göstərməyə çağırır. Lakin bir vaxtlar populyar olan diaspor, eləcə də erməni kilsəsi heç bir sülhməramlı təşəbbüslə çıxış etmir.

Erməni diaspor strukturları durğunluq içində

ABŞ və Avropadakı erməni diaspor strukturları durğunluq içindədir. Anti-Türkiyə və anti-Azərbaycan ritorika çoxdan xaricdəki ermənilərin kimliyinin elementinə çevrilib. Ona görə də uzunmüddətli erməni-türk və erməni-Azərbaycan ziddiyyətlərinin aradan qaldırılması, onsuz da səpələnmiş vəziyyətdə olan erməniləri daha kiçik etnosiyasi strukturlara parçalaya bilər. Kölgəyə çəkilmiş din xadimləri gələcək fəaliyyət sahəsini müəyyən etmək üçün sərhədlərin delimitasiyası prosesinin başa çatmasını gözləyirlər.

Cah-calal içində yaşayan erməni din xadimləri

Maraqlıdır ki, erməni mediası ara-sıra din xadimlərinin cah-calal içində yaşamasına  toxunur. “Sputnik Armenia” maraqlı bir fakta diqqət yetirib. Bəlli olub ki, erməni apostol kilsəsinin Ararat yeparxiyasının patriarxı, arxiyepiskop Navasard Kçoyan ona hədiyyə edilmiş “Bentley”i satıb. Bunu bütün ermənilərin katolikosu II Qaregin jurnalistlərə müsahibəsində erməni kilsəsində çoxsaylı korrupsiya ittihamları ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, bolluq içində yaşayan bir neçə din xadimi var. Qeyd edək ki, arxiyepiskop Navasard Kçoyanın adı müxtəlif səs-küylü işlərdə hallanır. Bundan əvvəl onun bəzi ofşor şirkətlərdə iştirakı barədə məlumat yayılmışdı. “Hetq.am” nəşrinin məlumatına görə, Kiprdə qeydiyyatdan keçmiş “WLISPERA HOLDINGS LIMITED”in səhmdarları baş nazir Tiqran Sarkisyan, arxiyepiskop Navasard Kçoyan və sahibkar Aşot Sukiasyandır. Bu şirkətin qeydiyyata alınması üçün böyük bank krediti götürülüb. Qeyd olunur ki, Navasard Kçoyana “Bentley” markalı avtomobil hədiyyə edən də sahibkar Aşot Sukiasyan olub.

II Qareginin nüfuzu sıfıra enib

Eçmiədzinin indiki çətin vəziyyətdə niyə susması ermənilər üçün qaranlıq qalır. Ola bilsin ki, müharibədəki məğlubiyyətdən dərhal sonra xalq iğtişaşları dövründə Paşinyan kilsənin, diasporun və bir sıra ordu strukturlarının onun üçün əvvəlcədən müəyyən etdiyi taleyi qəbul etməyib. Rəqiblərin məntiqinə görə, baş nazir məğlubiyyətin bütün nəticələrini öz üzərinə götürərək istefa verməli, bir növ, günah keçisi olmalı idi. Lakin Paşinyan da sonda ustalıqla onun üçün hazırlanmış ssenarini nəinki qəbul etmədi, hətta əks-hücuma keçərək kiləsinin korrupsiyaya bulaşdığını faş etdi. Nəticə isə özünü çox gözlətmədi. Hazırda Ermənistanda II Qareginin xalqa təsir etmək imkanları yoxdur, onun nüfuzu sıfır səviyyəsindədir. Belə olan təqdirdə, kilsənin susmaqdan savayı yolu qalmır.

Hamısını Göstər

Related Articles

Back to top button