Xaçmazda karantin qaydalarını pozan çay evinin sahibi cərimələndi

Xaçmazda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən obyektin sahibi və orada olan müştərilər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimə ediliblər.

Hamısını Göstər

Related Articles

Back to top button