Rusiya Donbassı müstəqil respublika kimi tanımağa hazırlaşır?

Dövlət Duması qondarma “Donetsk və Luqansk Xalq Respublikalarının” (DXR və LXR) tanınması haqqında qərar layihəsi hazırlayıb. Bu barədə “Donbass qərar verir” kanalına Dövlət Dumasının deputatı Kazbek Taysayev (Rusiya Federasiyası Kommunist Partiyası) məlumat verib.

“Partiyamız artıq Dövlət Dumasının Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının tanınması ilə bağlı qətnamə layihəsi hazırlayıb.

Taysayev əmindir ki, bu tapşırıq yaxın vaxtlarda həyata keçiriləcək.

Kazbek Taysayev

Eyni zamanda o qeyd edib ki, Minsk razılaşmalarına alternativ yoxdur, lakin Kiyev bu vəzifəni həyata keçirməmək üçün əlindən gələni edir.

“Onlar bilərəkdən prosesi gecikdirirlər, onlara bu qurbanlar lazımdır, bu müharibə lazımdır, çünki bu, xaricdən gələn sifarişdir. Hamı bunu çox yaxşı başa düşür”, – deyə Taysayev bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button