Həmkəndlisinin evindən qızıl-zinət əşyaları oğurlayan Masallı sakini saxlanılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisinin evindən qızıl-zinət əşyalarını oğurlayan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbəsindəki fərdi yaşayış evlərindən birindən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Ərkivan qəsəbə sakini E.Tahirov olduğu müəyyə edilib. Oğurlanan qızıl-zinət əşyalarından bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button