Qazaxıstan paytaxtında “narıncı” səviyyəli terror təhlükəsi müəyyənləşdirilib

Qazaxıstanın hüquq-mühafizə orqanları yanvarın 13-dən iki həftə müddətinə Nur-Sultanda  “narıncı” səviyyədə terror təhlükəsi müəyyənləşdiriblər.

Bu barədə cümə axşamı Qazaxıstanda keçirilən antiterror əməliyyatı ilə bağlı rəsmi məlumatları dərc edən “Almati Tragedy Telegram” kanalı məlumat yayıb.

“Paytaxtın Terrorla Mübarizə üzrə Operativ Qərargahının Nur-Sultan şəhərindəki qərarına əsasən, 2022-ci il yanvarın 13-dən 14 gün müddətinə terror təhlükəsinin yüksək “narıncı” səviyyəsi müəyyən edilib”, – deyə məlumatda deyilir. Qərargah vəziyyətin tezliklə sabitləşməsi üçün hüquq-mühafizə orqanlarının işinə anlayışla yanaşmağı və onların qanuni tələblərinə əməl etməyi xahiş edir.

Qeyd edək ki, yanvarın 13-də Terrorla Mübarizə üzrə Respublika Operativ Qərargahı antiterror əməliyyatının başa çatdığını və Nur-Sultan, Çimkent, Akmola, Aktobe, Atırau, Şərqi Qazaxıstan, Qərbi Qazaxıstan, Qaraqanda, Qızılorda, Kostanay, Mangistau, Pavlodar, Şimali Qazaxıstan və Türküstan vilayətlərində terror təhlükəsinin “qırmızı” səviyyəsinin ləğv edildiyini bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button