Yolu azaraq Azərbaycan ərazisinə keçən erməni geri qaytarılıb
Yanvarın 13-də saat 16:00 radələrində Azərbaycan – Ermənistan dövlət sərhədinin Laçın rayonu ərazisində Surik Matevosyan adlı şəxsin yolu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, S.Matevosyan Rusiya sülhməramlılarına təhvil verilib.