Nazir polis mayoruna yeni vəzifə verdi
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Azad Məmmədov Göyçay Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi təyin edilib.
O, bundan əvvəl Ağdaş RPŞ-də İstintaq qrupunun baş müstəntiqi olub.