Ağ evdən həyacanlı bəyanat: müharibənin nə zaman başlayacağı açıqlandı

Ağ evin rəsmi nümayəndəsi Ceyn Psaki bəyan edib ki, Birləşmiş Ştatlar administrasiyasının əldə etdiyi yeni məlumatların təhlilinə əsasən Rusiyanın Ukrayna üzərinə hücumu yanvarın sonlarında başlayacaq. Lakin o hücumun fevralın əvvəllərində başlamasının da nəzərdən keçirildiyini deyib. “Biz narahatıq ki, Rusiya hakimiyyəti hərbi müdaxilə hazırlayır”, – Psaki bildirib.

Ağ ev nümayəndəsi deyib ki, Rusiya 2014-cü ilin ssenarisi ilə hərəkət etməyi planlaşdırıb. “Bu baş verənlər bizi 2014-cü ilə qaytarır, o cümlədən sabotaj və Ukraynanı Donbassdakı Rusiya qüvvələrinə qaçılmaz hücuma hazırlaşmaqda ittiham etməyə yönəlmiş informasiya əməliyyatları. Rusiya belə əməliyyatları bu cür intensivliklə hücuma bir neçə həftə qalmış həyata keçirir”, – Psaki əlavə edib.

Ağ ev nümayəndəsi Moskvanın hücum üçün saxta bəhanə hazırladığını da deyib. Bundan əvvəl Pentaqon nümayəndəsi Con Kirbi analoji bəyanatla çıxış etmişdi və bildirmişdi ki, kəşfiyyatın əldə etdiyi məlumatlara görə əvvəlcə xüsusi təlim keçmiş bir qrup Rusiya hərbçisi başqa ölkənin (görünür Ukraynanın) bayrağı altında Donbassa hücum edəcək, orada küçə döyüşləri aparacaq və partlayışlar törədəcək. Bu zaman Ukraynanı ittiham etmək üçün rusların bir-birini öldürməsi də  nəzərdə tutulur. Ardınca isə Rusiya Ukraynanı Donbassa hücumda ittiham edərək “öz vətəndaşlarını qorumaq” adı altında irimiqyaslı hərbi müdaxilə başladacaq.

Xatırladaq ki, yanvarın əvvəlindən etibarən Rusiya Ukrayna sərhədlərinə hərbi texnika və canlı qüvvə cəmləşdirilməsini intensivləşdirib. Son iki həftə ərzində hərbi texnika yüklənmiş onlarla eşalonun Rusiyanın Uzaq Şərqindən Ukrayna sərhədləri istiqamətində hərəkəti qeydə alınıb.

Hamısını Göstər

Related Articles

Back to top button