İrəvanda torpaqların geri qaytarılması barədə danışıqlar gedir – Voronenko

Ankara bütün dünyaya Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək etməyə qətiyyətlə hazır olduğunu göstərdikdən sonra İrəvan Azərbaycan-Türkiyə ordusunun gücünü əvvəlcədən görüb və yəqin ki, çəkinmədən işğal olunmuş əraziləri geri qaytarmağa qərar verəcək.

Bunu ukraynalı politoloq Aleksey Voronenko deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcılarının Ermənistan ərazisindəki strateji əhəmiyyətli obyektlərin atəş məsafəsinə yaxınlaşa bildikləri barədə etibarlı məlumatlar var.

“Təbii ki, bu, İrəvanda ən yüksək səviyyədə müzakirə edildi. Şübhəsiz ki, Kremlə başqa bir çağırış da edildi, deyirlər, “kömək et” … Ancaq Ermənistandakı tanınmış anti-Rusiya düşüncələrinin işığında, Kreml bu dəfə İrəvanı cəzalandırmaq qərarına gəldi. İndi İrəvanın hökumət evində işğal altındakı torpaqların geri qaytarılması barədə danışıqlar gedir. Hazırda Ermənistan dövlətçiliyini qoruyub saxlamalıdır. Hansı ki, onun tam ləğvinin bir addımlığındadır” deyə ekspert vurğulayıb.

Mənbə
konkret.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button