Diktatura qurulur, etiraza başlamalıyıq – Eks-prezident

Moldova xalqı hakimiyyətin fəaliyyətinə qarşı müxalifət partiyalarının dəstəyi ilə etiraza qalxa bilər.

Bu barədə Moldovanın eks-prezidenti İqor Dodon deyib.

“Etirazlar situasiyadan çıxış yoludur. Lakin düşünürəm ki, etirazlar hər hansı partiya bayrağı olmadan baş tutmalıdır. Sosialist Partiyasının yeni rəhbərliyi vahid cəbhə yaratmaq üçün digər partiyaların liderləri ilə birləşməli, insanlar küçələrə çıxıb öz mövqeyini bildirməyi bacarmalıdır”, – deyə Dodon bildirib.

Onun sözlərinə görə, ölkədə bütün sahələrdə diktatura rejimi qurulur və xalq bunu anladığından hakimiyyətə hələlik müqavimət göstərə bilir.

Qeyd edək ki, Moldovada sürətli inflasiya və enerji böhranı yaşanmaqdadır.

Hamısını Göstər

Related Articles

Back to top button