“Ukrayna sərhədində Rusiya ordusu – bu, bizim hüququmuzdur” – Rusiyanın AFR-dəki səfiri
Ukrayna sərhədində Rusiya ordusunun sıxlığının artırılması Moskvanın Qərb tərəfindən Kiyevə silah tədarükünə reaksiyasıdır.
Bu barədə Rusiyanın Berlindəki səfiri Sergey Neçayev bəyan edib. Onunla müsahibə yanvarın 20-də «Nordkurier» qəzetində dərc olunub.
«Biz, ona reaksiya veririk ki, bizim danışıqlar üzrə qərbli həmkarlarımız Ukraynanı silahla doldururlar» – Neçayev qeyd edib – və bu, Rusiyanın mütləq haqqıdır. Bu, təhdid deyil, normal situasiyadır».

O, xatırladıb ki, Ukraynada həm də Rusiya sərhədi yaxınlığında bir çox taktiki təlimlər keçirilir, Rumıniya və Polşada isə NATO raket kompleksləri qurur.
«Bu silah Qərb tərəfindən müdafiə təyinatlı kimi izah olunur, amma onları lap tez hücum silahlarına çevirmək olar» – Neçayev deyib.
Xəbər verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin bir neçə dəfə NATO raketlərinin Rusiya hüdudlarında yerləşdirilməsinin yolverilməz olduğu barədə xəbərdarlıq edib. Bu zaman Qərb Ukraynanı aktiv şəkildə silahla doldurur, Kiyevdə isə Rusiyanın Ukraynaya soxulması imkanları barədə təsdiqlər səslənir.



