Milli Məclisdə insan haqları ilə bağlı Çevik Qrup yaradılacaq

Milli Məclisin İnsan hüquqları komitəsinin yanında insan haqları ilə bağlı Çevik Qrup yaradılacaq.

“Report”un əldə etdiyi məlumata görə, bu, komitənin 2022-ci il yaz sessiyasının işləri planında əksini tapıb.

Planda insan hüquqları profilli QHT-lərlə növbəti silsilə görüşlərin keçirilməsi, müzakirələrin nəticələrinin və təkliflərin aidiyyəti qurumlara göndərilməsi və hüquq profilli QHT-lərlə keçirilən görüşlərdə “Komitə yanında insan haqları ilə bağlı Çevik Qrupun” yaradılması ilə bağlı təklifin reallaşdırılması yönündə tədbirlərin görülməsi nəzərdə tutulub.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button