Dayanma-durma cəriməsi ikiqat arta bilər
Sürücülərin ən çox cərimələndiyi qayda pozuntularından biri də dayanma-durmaya görədir.
Baku TV əməkdaşları sürücülərin bu qaydaları ən çox hansı hallarda pozduğunu araşdırıb.
Taksi sürücülərinin əsas şikayəti müştəri düşürən zaman cərimələnməklərindəndir.
Sürücülərin bəziləri isə parklanmaq üçün yer olmadığından şikayət edib.
Dayanma-durma qaydasının pozulmasına görə olan 20 manat cərimənin ikiqat artırılaraq 40 manat olması təklif edilir.
Sürücülər bildirib ki, cərimənin məbləği nə qədər qaldırılsa da, məsələ həll yolunu tapmayacaq.