Əbu-Dabiyə raket hücumu: HHM sistemləri husilərin hücumunu dəf etdi
BƏƏ-nin hava hücumundan müdafiə sistemləri Əbu-Dabi istiqamətində buraxılmış iki raketi zərərsizləşdirib.
Bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi məlumat yayıb.
“HHM sistemlərimiz husilər tərəfindən buraxılmış iki ballistik raketi tutub və məhv edib”, – deyə bildirilib.
Hadisə zamanı xəsarət alan olmayıb.