BBC-nin aparıcısı Paşinyanı çətin duruma saldı

Ermənistan Baş naziri Nikol Paşinyan BBC-nin “Hard Talk” proqramına müsahibə verib.

Müsahibə zamanı proqramın aparıcısı Stiven Sakur Paşinyana çətin anlar yaşadıb. Belə ki, veriliş zamanı Paşinyan “Qarabağ Ermənistandır nöqtə” açıqlamasına aydınlıq gətirməyə çalışıb:

“Niyə mən Dağlıq Qarabağın Ermənistan olduğunu dedim? Birincisi, Dağlıq Qarabağda bir neçə min ildir köklü erməni xalqı məskunlaşıb və yeri gəlmişkən bir neçə min ildir ad Artsaxdır”, – deyə o bildirib.

Paşinyan bu sözləri deyən zaman “millətçi mövqeyindən çıxış etmədiyini” deyib.

Bunun ardınca Qarabağda ermənilərin törətdiyi hərbi cinayətlərə görə Paşinyanın üzr istəyib-istəməyəcəyini soruşan Sakur bu sualına Nikoldan konkret cavab ala bilməyib. Sualın qarşılığında Paşinyan yenə əvvəlki kimi Xocalı soyqırımında sərsəmcəsinə Azərbaycanı ittiham etməyə başlayıb.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button