ABŞ və NATO Ukraynaya qoşun göndərməyəcək
ABŞ prezidenti Co Bayden bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya qoşun yeritmək niyyətində deyil.
“Bizim Ukraynada öz ordumuzu və NATO qüvvələrini yerləşdirmək niyyətimiz yoxdur”, – deyə dövlət başçısı bəyan edib.
Həmçinin, NATO-nun baş katibi Yens Stoltenberq də analoji bəyanatla çıxış edərək alyansa məxsus hərbi birləşmələrin Ukraynaya göndərilməyəcəyini təsdiq edib.
Bununla yanaşı, NATO-nun Şərq cinahında, o cümlədən də bölgəyə ABŞ əsgərlərinin göndərilməsi hesabına hərbi ittifaqın qüvvələrinin gücləndirilməsi istisna edilməyib.