Cəbrayılda daha bir erməni hərbçinin meyiti tapıldı

İşğaldan azad olunan ərazidə daha bir erməni hərbçisinin meyiti aşkarlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, erməni hərbçisinin meyiti dünən axşam saatlarında işğaldan azad olunan Cəbrayıl rayonu ərazisində aşkarlanıb.

“Azərbaycan, rusiyalı və ermənilərdən ibarət axtarış qrupunun keçirdiyi əməliyyat-axtarışlar zamanı meyit aşkar edilib. Meyit Ermənistana təhvil verilib”, – Ə.Şahidov qeyd edib.

Hamısını Göstər

Related Articles

Back to top button