İsmayıllı sakinindən qanunsuz saxladığı tüfəng götürülüb

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qalınçaq kənd sakini Cəsarət Hüseynovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Hamısını Göstər

Related Articles

Back to top button