Qırğızıstan və Tacikistan atəşkəs barədə razılığa gəldi

Qırğızıstan və Tacikistan sərhəddə tam atəşkəs barədə razılığa gəlib.

Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Nümayəndə heyətləri insidentin başladığı Tort-Koço rayonuna gəliblər.

Bildirilir ki, görüş zamanı aşağıdakı razılaşmalar əldə olunub:

Tam atəşkəsin təmin edilməsi;

Tərəflərin hər birinin sərhədə qədər cəlb edilmiş əlavə qüvvə və vasitələrin daimi dislokasiya yerlərinə çıxarılması;

Batken-İsfana avtomobil yolunda hərəkətin bərpa edilməsi;

Münaqişələrin qarşısının alınması məqsədilə sərhədyanı ərazilərdə Qırğızıstan və Tacikistanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının birgə patrul xidmətinin təşkil edilməsi.

Xatırladaq ki, ən son məlumata görə, Tacikistan-Qırğızıstan sərhədində silahlı qarşıdurma zamanı iki nəfərin ölüb və 10 nəfər yaralanıb.

Hamısını Göstər

Related Articles

Back to top button