Azərbaycanda sevgi faciəsi: Hisslərinə qarşılıq görməyən gənc özünü yandırdı

Mingəçevir şəhərində 27 yaşlı oğlan üzərinə benzin tökərək özünü yandırıb.

1995-ci il təvəllüdlü Rəsul Əzməmmədov intihar etmək məqsədilə üzərinə benzin tökərək özünü yandırıb.

Xəstəxanaya çatdırılan gənc bu gün səhər saatlarında vəfat edib. 

İlkin ehtimala görə onun intihara cəhd etməsinin səbəbi özündən 10 yaş böyük qadın tərəfindən sevgisinə qarşılıq verilməməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button