Azərbaycanda “omikron”: yoluxan və ölənlərin sayı sürətlə artır
Azərbaycanda koronavirusa 3 564 yeni yoluxma faktı qeydə alınıb, 1 004 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 647 073 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 621 186 nəfər müalicə olunaraq sağalıb, 8 683 nəfər vəfat edib. 17 204 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 445, bu günə qədər isə ümumilikdə 6 119 861 test icra olunub.
Ötən gün koronavirus əleyhinə 30 887 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 503, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 065, buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 319 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 936 475, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 225 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 738 970, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 972 436 təşkil edir.